Türkiyədə son sutkada koronavirusdan 96 nəfər həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusla bağlı test verən 223 320 nəfərdən 6408-nin nəticəsi pozitiv olub. 6895 nəfər xəstəlikdən sağalıb, 1009 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Sezar pizza
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 524 nəfər ölüb.
Türkiyədə indiyədək 5 313 098 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 186 728 nəfəri müalicə olunaraq evə buraxılıb.
Telegram kanalımız