Türkiyədə son sutkada 55 149 nəfərin koronavirus testinə pozitiv cavab verilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Gündəlik statistikaya əsasən, son 24 saatda 362 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Bu, indiyədək ölkədə qeydə alınmış ən yüksək sutkalıq ölüm sayıdır. İnfeksiyadan ölənlərin ümumi sayı 36 975 nəfərdir. pizza mizza
Hazırda ölkə üzrə 565 274 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3398 koronaviruslu xəstənin vəziyyəti ağırdır.
Telegram kanalımız