Türkiyədə son sutkada koronavirusdan 69 nəfər vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusla bağlı son gün test verən 224 128 nəfərdən 6 261-nin testi pozitiv nəticə verib. Sağalanların sayı isə 6 217 nəfər olub. Uzun müddətdən sonra Türkiyədə koronaviruslu ağır xəstələrin sayı mindən az - 997 nəfər olub. Pepperoni pizza
Hazırda ölkə üzrə virusdan ümumilikdə 48 593 nəfər ölüb.
Türkiyədə indiyədək 5 319 359 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 192 945 nəfəri müalicə olunaraq evə buraxılıb.
Telegram kanalımız