Türkiyədə son sutkada koronavirusdan 86 nəfər vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə son gün ərzində koronavirusla bağlı 225 527 nəfər test edilib. Bu testlərdən 6609-nun pozitiv nəticə verib, 5836 nəfər sağalıb, 1044 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Toyuqlu pizza
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 341 nəfər ölüb. Türkiyədə indiyədək 5 300 236 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 173 186 nəfəri müalicə olunaraq evə buraxılıb.
Telegram kanalımız