Türkiyədə meşə yanğınlarını söndürməyə gedən şəxs həyatından oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə meşə yanğınlarını söndürməyə gedən şəxs həyatından oldu

Dünya

13 Avqust 2025 11:55 304


Türkiyədə günlərdir davam edən meşə yanğınları ilə mübarizə çətin və təhlükəli şəraitdə aparılır. Alovların qarşısını almaq üçün bölgələrə çoxsaylı yanğınsöndürmə briqadaları və texnika cəlb olunub.

Yenisabah.az xəbər verir ki, Osmaniye şəhərində meşə yanğınını söndürməyə gedən yanğınsöndürən maşın hərəkət zamanı idarəetməni itirərək aşıb. Qəza nəticəsində xilasedici heyətin üzvlərindən biri hadisə yerində dünyasını dəyişib, digər əməkdaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. Yerli hakimiyyət orqanları bildiriblər ki, yanğınsöndürmə əməliyyatları yanğınların tam nəzarət altına alınmasına qədər fasiləsiz davam etdiriləcək. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!