Türkiyədə meşə yanğınlarının arxasında PKK durur?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə meşə yanğınlarının arxasında PKK durur?

Dünya

04 İyul 2025 21:22 337


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ölkədəki meşə yanğınlarının PKK terror təşkilatı ilə əlaqəsi olan qrup tərəfindən törədildiyini təkzib edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" sosial şəbəkəsində açıqlamasında bildirilir.

Qeyd edək ki, bəzi sosial media istifadəçiləri İzmir, Manisa və Hatayda baş verən meşə yanğınlarının PKK ilə əlaqəli olduğunu iddia edib. pizza sifarişi

"Heç bir nəticəyə əsaslanmayan bəyanatların siyasi materiala çevrilməsi yanğınların özü qədər təhlükəli olan dezinformasiyadır", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, son günlər Türkiyənin bir neçə vilayətində baş verən meşə yanğınları nəticəsində iki nəfər ölüb, 500-dən çox insan yaralanıb, 50 mindən çox sakin təxliyə edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!