Türkiyədə Moldova təyyarəsi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə Moldova təyyarəsi saxlanıldı

Maraqlı

05 İyun 2022 18:51 1254


Antalya hava limanında Moldova sərnişin təyyarəsi saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə iyunun 5-də “Air Moldova” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərnişinlər Antalya hava limanında 9-14 saat vaxt keçirməli olublar. Marqarita pizza

Moldova mediası təyyarənin aviadaşıyıcının türk şirkətlərinə olan borclarına görə saxlanıldığını yazıb. “Air Moldova” isə bu məlumatları təkzib edib.

“Hazırda “Air Moldova”nın Türkiyə provayderinə faktiki olaraq heç bir borcu yoxdur”, - aviaşirkətin press-relizində qeyd edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!