Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə qayıtdı - Fotolar

Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə qayıtdı - Fotolar

Sosial Saytların hazırlanması

18 Mart 2023 16:34 630


Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə qayıdıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, V.İmanlı iki il müddətində Türkiyədə müalicə alıb. Fond tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!