Türkiyədə müdafiə sənayesi şirkətinin rəhbərliyi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə müdafiə sənayesi şirkətinin rəhbərliyi həbs olundu

Dünya

28 Avqust 2025 11:01 560


Türkiyənin hərbi-sənaye şirkəti "Assan Group"-un rəhbərliyi hərbi casusluqla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat yayıb.

1989-cu ildə əsası qoyulan şirkət müdafiə sənayesi, tikinti, logistika və enerji sahələrində ixtisaslaşıb və son illərdə artilleriya sursatları və pilotsuz təyyarə komponentlərinin istehsalına başlayıb. Pepperoni pizza

"Assan Group"-un sahibi Emin Öner və onun baş direktoru Gürcan Okmuş Fətullah Gülənlə əməkdaşlıqda şübhəli bilinir. 

Hüquq-mühafizə orqanları şirkətin ofislərində və rəhbər işçilərinin evlərində axtarışlar aparıb.

"Assan Group" hazırda baş verənlərlə bağlı şərh verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!