Türkiyədə müşahidə edilən quraqlıq təhlükəli həddə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə müşahidə edilən quraqlıq təhlükəli həddə çatıb

Dünya

23 Dekabr 2020 06:56 736


Türkiyə ərazisində müşahidə edilən quraqlıq artıq təhlükəli həddə çatıb.

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin Meteoroloji Baş İdarəsinin son məlumatlarına əsasən, ölkənin yeddi bölgəsində quraqlıq ən üst həddədir. Müşahidə edilən bu anormal təbiət hadisəsi səbəbindən Türkiyənin Anadolu bölgəsində su hövzələri, göllər, çaylar və hətta yeraltı sular böyük sürətlə quruyur. Bununla bağlı mütəxəssislər tərəfindən əhliyə xəbərdarlıqlar edilir. Ölkə ərazisində baş verən quraqlıq səbəbindən yalnız su səthi deyil, eyni zamanda su canlıları və bəzi quş növlərinin məskən saldığı “quş cənnətləri” də məhv olur.

Ölkə meteoroloqlarının son hesablamalarına görə, Türkiyənin Anadolu bölgəsində iqlim dəyişikliyi fəlakət həddə çatıb. Mütəxəssislər tərəfindən hazırlanan xəritəyə baxdıqda isə bir neçə ərazi istisna olmaqla bölgənin hər yeri qara, qəhvəyi və ya sarı rənglərlə işarətlənib ki, bu da quraqlığın səviyyəsini göstərir. Hesablamalara əsasən, Türkiyənin Egey, Marmara və iç Anadolu bölgələrində yağıntı miqdarı əvvəlki illərə nisbətən 80 faizədək azalıb. Əhalini içməli su ilə təmin edən hövzələrdə də suyun səviyyəsi əhəmiyyətli dərəcədə enib. Ölkənin bir neçə bölgəsində su səviyyəsinin azalması buradaki köhnə yaşayış məskənləri, körpülər və kiçik adaların da üzə çıxmasına səbəb olub. pizza hut

Mütəxəssislər yaz aylarında da yağıntı miqdarının az olacağı təqdirdə, ölkə ərazisində çox ciddi su probleminin meydana gələcəyini bildirirlər. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!