Türkiyədə növbəti PKK əməliyyatı: 9 terrorçu məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə növbəti PKK əməliyyatı: 9 terrorçu məhv edildi

Rəsmi

16 Dekabr 2021 09:20 644


Türkiyənin şərqindəki Tunceli vilayətində Eren Kış antiterror əməliyyatının altıncı mərhələsi çərçivəsində 9 PKK terrorçusu zərərsizləşdirilib, yaraqlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah və sursat ələ keçirilib.

Yenisabah.az yerli KİV-lərə istinadla xəbər verir ki, Tunceli vilayətinin Mercan bölgəsində PKK terror təşkilatı yaraqlılarına qarşı əməliyyatda 1060-a qədər xüsusi təyinatlı iştirak edir.

Terrorçuların cəmləşə biləcəyi ərazilərdə axtarışlara Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət 72 qrup cəlb olunub. Məhv edilən silahlılardan 5-i Türkiyə DİN xəttiylə axtarışda olan xüsusi təhlükəli terrorçular siyahısında olub. pizza hut

Davam edən antiterror əməliyyatına hücum PUA-ları, hərbi helikopterlər və təyyarələr də cəlb olunub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!