Türkiyədə ölən azərbaycanlı tələbə bu məşhurun nəvəsi imiş... -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ölən azərbaycanlı tələbə bu məşhurun nəvəsi imiş... - Fotolar

Hadisə

15 Dekabr 2019 11:48 1606


Türkiyədə binadan yıxılaraq dünyasını dəyişən azərbaycanlı tələbə İsmayıl Əmrahov mərhum balabançı Əliməmməd Əmrahovun nəvəsidir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Virtualaz.org məlumat yayıb.

Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci il təvəllüdlü İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. Marqarita pizza

İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi olub, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsi atasının müşayiəti ilə artıq Bakıya gətirilib.

Mərhum bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!