Türkiyədə ölən iti bayraqla basdırdılar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ölən iti bayraqla basdırdılar

Maraqlı

17 Fevral 2023 17:20 1027


Türkiyənin zəlzələ bölgəsində dağıntı altında qalaraq ölən Meksikanın axtarış-xilasetmə qrupuna məxsus "Proteo" adlı itin cəsədi ölkəsinə aparılıb. 

Modern.az xəbər verir ki, Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən "Proteo"nun cəsədini də özləri ilə aparıblar. 

Meksika Beynəlxalq Hava Limanında "Proteo" üçün xüsusi anım mərasimi təşkil edilib. İtin cəsədinin olduğu tabut Meksika bayrağına sarılaraq torpağa tapşırılıb. Marqarita pizza

Qeyd edək ki, Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə prosesində iştirak edən "Proteo" fevralın 12-də tələf olub. "Proteo" Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Qvatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!