Türkiyədə onlarla tibb işçisi qidadan zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə onlarla tibb işçisi qidadan zəhərləndi

Dünya

26 Oktyabr 2025 16:26 222


Türkiyənin Aydın vilayətində Atatürk Dövlət Xəstəxanasının 60 tibb işçisi zəhərlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, tibb işçiləri qida zəhərlənməsi şübhəsi ilə işlədikləri xəstəxananın təcili xidmətinə müraciət etməli olublar. Toyuqlu pizza

Qeyd edilir ki, xəstəxana işçiləri nahardan sonra ürəkbulanma, qusma və ishaldan şikayətlənməyə başlayıblar. Məlum olub ki, halı pisləşən işçilər günorta yeməyi zamanı əsasən toyuq və toyuq məhsulları yeyiblər.

Fakt üzrə araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!