Türkiyədə oxuyan tələbələrimiz Ərdoğana müraciət etdi   - Azərbaycandan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə oxuyan tələbələrimiz Ərdoğana müraciət etdi - Azərbaycandan reaksiya

Sosial

07 May 2020 16:31 1179


Türkiyədə təhsil alan vətəndaşlarımız ailələrinə qovuşmaq üçün kampaniya başladıb. Tələbələr kampaniya çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Azərbaycana geri qayıtmalarına icazə verilməsini xahiş ediblər. Onlar müraciətdə bir aydan çox zamanda həm maddi, həm mənəvi problemlərlə üzləşdiklərini də qeyd ediblər. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kampaniya yaradanlar tərəfindən Türkiyə prezidentinin məsələyə aid edilməsinin başa düşülən olmadığını deyib: “Tələbədirlər, gəncdilər, aralarında vəziyyətlə bağlı anlayış göstərən də, göstərməyən də var. Anlayıram, koronavirusun yaratdığı vəziyyət təbii ki, insanlara müəyyən təsir göstərib. Ölkədən, ailələrindən kənardadırlar, amma bilməlidirlər ki, üzləşdiyimiz bu vəziyyət bütün dünyanı əhatə edir. Bu, fors-major vəziyyətdir. Bununla Türkiyə də, digər dövlətlər də üzləşib. Əgər bu gün Azərbaycan hökuməti gediş-gəlişin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edibsə, deməli, qərar məhz elə Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün verilib. Azərbaycanlı tələbələr həm öz sağlamlıqlarını, həm də çox istədikləri qohumlarının, ailələrinin, Azərbaycan xalqının sağlamlığını düşünməli və anlayış göstərməlidirlər. Çünki ölkəmizdə də yoluxma halları var, əvvəllər kənardan gəlmələrdə müşahidə edilirdisə, artıq daxildə də virusa yoluxanları görürük. Bu gün ölkə olaraq pandemiya ilə mübarizə aparırıq. İnfeksiyanın qarşısını almaq üçün bütün gücləri səfərbər etmişik, həkimlərimiz dayanmadan gecə-gündüz çalışırlar. Əgər ölkədə yoluxma halı varsa, karantin yerləri tutulubsa, imkan yoxdursa, təbii ki, kənardan gəlmələr buna uyğun tənzimlənəcək. Türkiyədən gətirdiyimiz vətəndaşlarımız olub. Çoxsaylı vətəndaşlarımız çarter reysləri ilə gətirilib. Rusiyadan və digər ölkələrdən də vətəndaşlarımız gətirilir”. 

Leyla Abdullayeva diqqətə çatdırıb ki, xaricdə hansı ölkədə vətəndaşımız varsa, hamısını mərhələli olaraq gətiriləcək. Çünki bu proses həyata keçirilərkən karantin yerləri də nəzərə alınmalıdır: “Bir ölkədən bütün vətəndaşları eyni anda gətirmək mümkün olmur, təbii burada söhbət çoxsaylı vətəndaşlardan gedir. Bu qaytarılma ölkədəki vəziyyətə, karantin yerlərinə uyğun həyata keçirilir. Bu cür çətin vəziyyətdə Azərbaycan hökuməti Türkiyədə olan, maddi problem yaşayan vətəndaşlarımıza bütün mümkün yardımı edib. Bununla bağlı bizim səfirliyimiz tərəfindən məlumat verilib. Onların səfirliklə “Qaynar xətt” vasitəsilə əlaqələri var. İndi əgər tələbələr geri qayıtmaq istəyirsə, biz bunu başa düşürük, bu, onların haqlarıdır. Amma mövcud vəziyyətdə tələbənin də vətəndaşlıq borcudur ki, Azərbaycan xalqını düşünsün. Biz ölkəyə gətirilənlərin 15 mindən artıq olduğunu söyləyirik, doğrudan da gətirilən minlərlə vətəndaş var. Təxliyə prosesi dayandırılmayıb, qalanlar da gətiriləcək”.  Marqarita pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!