"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I qrupunun II turunun "Vilyarrelaı ilə oyunu öncəsi İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.
Yenisabah.az xəbər verir ki, 48 yaşlı mütəxəssis matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.
"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik", - Qurbanov bildirib. Pepperoni pizza
"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
Telegram kanalımız