Türkiyədə polis məmuru sevgilisi tərəfindən başından vuruldu 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə polis məmuru sevgilisi tərəfindən başından vuruldu 

Hadisə

30 May 2023 07:20 771


Türkiyənin İstanbul şəhərinin Aksaray rayonunda 26 yaşlı Abdullah Eroğlu adlı polis məmuru sevgilisi tərəfindən öz tapançası ilə başından vurulub.

Hadisənin mübahisə zəminində mənzildə baş verdiyi bildirilir.

Polis bölməsində çalışan Abdullah Eroğlu ilə sevgilisi Aysel G. arasında naməlum səbəbdən mübahisə yaranıb. Bu zaman Aysel G. Eroğlunun tapançasını götürərək ona atəş açıb. Başından güllə yarası alan Eroğlu isə yerə yıxılıb. pizza hut

Silah səsini eşidən qonşular polisə və sağlamlıq qruplarına xəbər veriblər. Abdullah Eroğlu hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun səhhətinin ağır olduğu bildirilir.

Hadisəyə səbəb olan Aysel G. isə polis tərəfindən saxlanılıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!