Türkiyədə qorxunc bayram statistikası: 66 ölü, səkkiz mindən çox yaralı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə qorxunc bayram statistikası: 66 ölü, səkkiz mindən çox yaralı

Hadisə

14 Aprel 2024 23:57 976


Türkiyədə Ramazan bayramı ilə əlaqədar səkkiz günlük tətil zamanı baş verən qəzalarda həlak olanların sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata görə, 4 998 avtomobil qəzasında 66 nəfər həyatını itirib, 8 352 nəfər isə yaralanıb. Dördpendirli pizza

Nazir bildirib ki, ümumilikdə 382 min 467 nəqliyyat vasitəsi texniki baxışdan keçirilib.

A.Yerlikaya sürücü və sərnişinlərə xəbərdarlıq edib:

“Xahiş edirəm, sürəti çox artırmayaq. Həm nəqliyyat vasitələrində, həm də avtobuslarda təhlükəsizlik kəmərini taxmağı unutmayaq. Yol hərəkəti qaydalarına əməl edək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!