Türkiyədə şəhərləri su basdı

Türkiyədə şəhərləri su basdı

Hadisə Veb saytların hazırlanması

26 Noyabr 2023 13:34 773


Qasırğalı küləklə müşayiət olunan leysan yağışları Türkiyənin cənub və cənub-qərbində yerləşən bir sıra əyalətlərdə ciddi fəsadlara səbəb olub.

Yenisabah.az “TRT”yə istinadən xəbər verir ki, Antalya vilayətinin bir neçə şəhərində daşqın baş verib, lakin bu, yalnız turizm obyektlərindən uzaqda yerləşən yaşayış məntəqələrinə aiddir.

Eyni zamanda güclü yağışlar səbəbindən İzmirdə dəniz daşıb. Nəticədə şəhərin yollarını su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb.

Yaxın saatlarda Türkiyənin mərkəzi bölgələrində yağıntıların davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!