Türkiyədə sel və qasırğada 2 nəfər öldü, 10 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sel və qasırğada 2 nəfər öldü, 10 nəfər yaralandı

Hadisə

26 Noyabr 2023 20:16 937


Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ankarada baş vermiş hadisədə xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərində şüşə düşüb. pizza

AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib./Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!