Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanıldı

Rəsmi

02 Sentyabr 2021 22:16 1664


Türkiyənin Van şəhərinin Çaldıran rayonunda sərhədi piyada keçmək istəyən 113 qanunsuz əfqan miqrant saxlanılıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Van valiliyi məlumat yayıb.

Avropa liderləri son günlər miqrasiyanın yenidən baş qaldıracağı ilə bağlı narahatlıqlarını bildirib. İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmasının vacibliyini vurğulayıb. Türkiyə İranla sərhəddə divar inşa etsə də, bir çox əfqan qanunsuz yolla ölkəyə daxil olmağı bacarıb. Bu miqrantlar ölkənin şərqindəki Van şəhərində saxlanılır./Report Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!