Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.
Yenisabah.az xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.
Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb. Dominos pizza
Qəza ilə bağlı araşdırmalara başlanılıb./Report
Telegram kanalımız