Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Hadisə

04 İyun 2023 11:28 789


Türkiyədə Mersin bölgəsinin Anamur rayonunda yağıntı və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

İlkin məlumata görə, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində baş verib. Antalya istiqamətində hərəkət edən Kamil Qoç firmasına məxsus 16 ASR 690 nömrəli sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. Çoxlu yaralıların olduğu bildirilir. Yaralılar avtomobildən çıxarılaraq xəstəxanalara aparılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!