Türkiyədə sünnət toyunda rekord: Pulları saymaq üçün altı komanda yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sünnət toyunda rekord: Pulları saymaq üçün altı komanda yaradıldı

Hadisə

27 Dekabr 2023 07:39 813


Əslən Qars şəhərindən olan köklü ailənin (aşiret) oğulları üçün təşkil etdiyi sünnət toyu Türkiyədə gündəm olub. Belə ki, mərasim üçün verilən hədiyyələr və yığılan vəsait rekord həddə çatıb.

Mərasim İstanbulda keçirilib.

Bildirilir ki, yeddi yaşlı uşağın mərasimində 12,5 milyon lirədən çox (722,2 min manat) pul yazılıb. Bundan başqa, ona dörddəbirlik və yarımlıq qızıl sikkələr, hətta maşın hədiyyə edilib. Pepperoni pizza

Mərasimə ümumilikdə altı min qonaq qatılıb.

Məlumata görə, dəstə-dəstə pulların çamadanlara sığmadığı sünnət toyunda vəsaiti hesablamaq üçün altı masada altı fərqli komanda yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!