Türkiyə Super Liqası bərpa olundu, lider qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Super Liqası bərpa olundu, lider qalib gəldi

İdman

13 İyun 2020 00:19 936


Türkiyədə 87 günlük futbol həsrəti bitib.

Yenisabah.az xəbər verir ki, koronavirusa görə dayandırılan çempionat bu gün davam etdirilib. 28-ci turun ilk iki qarşılaşması baş tutub. "Fənərbaxça" öz meydanında sonuncu yerdə olan "Kayserispor"u qəbul edib. İlk hissədə azlıqda qalıb hesabda da geri düşən meydan sahibləri ikinci hissənin son dəqiqələrində vurduqları 2 qolla qalib gəliblər. 

Digər matçda isə lider "Trabzonspor" "Göztəpə"nin qonağı olub. "Bordo-mavililər" də ilk hissədə qırmızı vərəqə alıb. Ancaq Qara dəniz təmsilçisi 10 nəfərlə də qalib gələ bilib. Dördpendirli pizza

Qeyd edək ki, turun digər matçları 13-15 iyun tarixlərində keçiriləcək.

12 iyun

"Fənərbaxça" - "Kayserispor" - 2:1

Muriqi, 86; Luiz Qustavo, 88 - Mensa, 59

"Göztəpə" - "Trabzonspor" - 1:3

Öztürk, 57 (pen.) - Nvakaema, 16, Ekuban, 52 (pen.), Emir, 84 (avtoqol)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!