Türkiyədə tədris sentyabrın 6-dan əyani formada olacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə tədris sentyabrın 6-dan əyani formada olacaq

Rəsmi

19 Avqust 2021 21:50 957


Türkiyədə sentyabrın 6-dan əyani formada təhsil davam etdiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib ki, şagirdlərlə ünsiyyətdə olan, amma yeni növ koronavirusa qarşı (COVID-19) mübarizə çərçivəsində peyvənd olunmayanlardan həftədə iki dəfə test nəticələrinin təqdim olunması tələb ediləcək. R.T.Ərdoğan deyib ki, universitetlərdə müəllim və digər işçi heyətin arasında peyvəndi qəbul etməyənlərdən də mütəmadi test tələb olunacaq. Toyuqlu pizza

Türkiyə Prezidenti hava və şəhərlərarası ictimai nəqliyyatda, eləcə də konsert və kinoteatr kimi əhalinin kütləvi toplaşdığı məkanlarda PCR testi tələbi tətbiq ediləcək./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!