Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Dünya

03 İyun 2025 18:15 354


Türkiyənin Bilecik vilayətində təlim təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin Bursadan havaya qalxdığı vurğulanır.

Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.

İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub. Marqarita pizza

Təyyarəni idarə edən 22 yaşlı qadın pilot D.K. texniki nasazlıq səbəbindən boş əraziyə məcburi eniş etməyə cəhd göstərib. Lakin bu zaman təyyarə idarəetməni itirərək tərsinə çevrilib və qəzaya uğrayıb .

Dərhal əraziyə təcili yardım xidməti cəlb olunub. Yaralı pilot ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Hadisə yerində jandarma tərəfindən təhlükəsizlik tədbirləri görülüb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!