Türkiyədə tibbi maska taxmayanlar 900 lirə cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə tibbi maska taxmayanlar 900 lirə cərimələnəcək

Dünya

19 İyun 2020 12:20 946


Türkiyədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tibbi maskadan istifadə etməyənlər cərimə ediləcək.

Yenisabah.az bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, bununla bağlı Türkiyənin 81 şəhər valiliyinə təlimat göndərilib.  Dominos pizza

Təlimatda bildirilib ki, 22 iyundan etibarən tibbi maskadan istifadə etməyənlər 900 türk lirəsi məbləğində cərimələnəcək. Tibbi maskalardan istifadə 48 vilayətdə bütün sahələrdə, 33 vilayətdə isə ticarət mərkəzləri, market, restoran, kafe və iaşə obyektlərində məcburi edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!