Türkiyədə universitet müəllimi məmuru girov götürdü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə universitet müəllimi məmuru girov götürdü

Dünya

26 Noyabr 2025 14:14 515


Türkiyənin Gümüşhanə Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsində çalışan H.T. adlı müəllim tapança ilə hədələyərək eyni fakültədə işləyən D.B. adlı qadın əməkdaşı girov götürüb.

"Yeni Sabah" CNN-Türk-ə istinadla xəbər verir ki, əraziyə çox sayda polis cəlb edilib. Universitetin ətrafı boşaldılıb, binaların damlarına snayperlər yerləşdirilib.

Hadisə zamanı həm kampus, həm də fakültəyə giriş-çıxış nəzarət altına alınıb. Şəxsi danışıq yolu ilə təslim etməyə cəhdləri davam edir. Sezar pizza

Gümüşhane Universitetinin Bağlarbaşı məhəlləsində yerləşən əsas kampusdakı Mühəndislik və Təbiət Elmləri fakültəsində çalışan, əvvəlcə xüsusi təyinatlı çavuş kimi xidmət etdiyi öyrənilən H.T., hələlik naməlum səbəbdən eyni fakültədə çalışan D.B. adlı qadın məmuru silah gücü ilə girov götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!