Türkiyədə xüsusi əməliyyat: Sedat Pekerin 25 adamı tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə xüsusi əməliyyat: Sedat Pekerin 25 adamı tutuldu - Video

Dünya

15 İyun 2021 15:19 1123


Türkiyədə qruplaşma lideri Sedat Pekere qarşı xüsusi əməliyyatlar keçirilib.

Yenisabah.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə polisi Sedat Pekerin bağlantıları olan 4 qəsəbədə 2 əməliyyat keçirib. Nəticədə 25 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı 6 ədəd sənədsiz tapança, 8 ədəd sənədsiz tüfəng, 1000-dən çox patron, 203 psixotrop dərman, narkotik vasitə, üzərində “Sedat Abi” yazısı olan 2 videokaset, Sedat Pekerin fotolarından ibarət albom, cinayətdən əldə olunduğu iddia edilən 24 850 türk lirəsi (təxminən 5 min manat) və s. digər əşyalar maddi sübut kimi götürülüb. Dominos pizza

Saxlanılanlardan bir neçəsi həbs olunub. 18 nəfər isə şərti qaydada sərbəst buraxılıb.

Araşdırmalar davam etdirilir. (Lent.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!