Türkiyədə yanğının baş verdiyi hotel söküləcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə yanğının baş verdiyi hotel söküləcək

Dünya

22 Yanvar 2025 23:58 151


Türkiyənin Kartalkaya xizək kurortunda 79 nəfərin həyatına son qoyan böyük yanğının baş verdiyi “Grand Kartal” hoteli söküləcək

Yenisabah.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı iqtidar orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi barədə qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən qəbul edilib. pizza sifarişi

Nazirliyin ekspertləri binanın əsas konstruksiyalarında ciddi zədələr aşkar edib və onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!