Türkiyədə yaşayan azərbaycanlı müğənni yeni klipini təqdim etdi – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə yaşayan azərbaycanlı müğənni yeni klipini təqdim etdi – VİDEO

Şou

02 Sentyabr 2021 09:59 1471


Türkiyədə yaşayan azərbaycanlı müğənni Səidə Quliyeva yeni klipini təqdim edib.

“Şu karşıki dağda kar var, duman yok” adlı mahnıya çəkilmiş videoçarx həmyerlimizin növbəti uğurlu işidir.

Bundan öncə, Səidə Sinan Akçillə birlikdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Yaşa Azərbaycan” layihəsini reallaşdırıb. pizza mizza

15 ildir Türkiyədə peşəkar musiqi fəaliyyəti ilə məşğul olan sənətçi, həmçinin “Oradan oraya” sinqlı və “Göz yaşım səndə” kimi mahnıları ilə tanınır.

Qeyd edək ki, Səidə Quliyeva 1983-cü ildə Bakıda anadan olub. Altı yaşında piano ifasıyla musiqi həyatına qədəm qoyan sənətçi tanınmış muğam ustası Arif Babayevin tələbəsi olub.

S.Quliyeva Bakıda aldığı musiqi təhsilini Türkiyənin Haliç Universiteti Konservatoriyasında davam etdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!