Türkiyədə yumurta boyda dolu yağdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə yumurta boyda dolu yağdı - Foto

Hadisə

23 Mart 2021 17:52 836


Türkiyənin Yozqat bölgəsində yumurta böyüklükdə dolu yağıb.

Yenisabah.az xəbər verir ki, nəticədə evlərin dam örtüyü ciddi şəkildə zərər görüb. Bununla yanaşı hadisədə xəsarət alan vətəndaşlar da olub. Belə ki, Mustafa Özipək adlı şəxs başına dolu düşməsi səbəbilə xəstəxanaya  yerləşdirilib.

Müalicə altında olan Özipək həyatında ilk dəfə bu miqdarda dolu yağışı ilə qarşılaşdığını deyib: Pepperoni pizza

“Dolunun başıma düşməsi nəticəsində yaralandım, qulaqlarımda bir cingilti oldu. Qardaşım xəstəxanaya gətirdi. İndi yaxşıyam. Dolu qısa bir müddətə, təxminən 5-6 saniyə kimi yağdı, 15-20 dəqiqə davam etsəydi, ətraf iflic olardı. Mənim 51 yaşım var, ömrümdə belə dolu görməmişəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!