Türkiyədə zəlzələ qurbanlarının sayı yenə artdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələ qurbanlarının sayı yenə artdı

Dünya

04 Noyabr 2020 11:37 686


İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 114-ə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb. Açıqlamaya görə, zəlzələdə 1035 nəfər yaralanıb ki, onlardan 137-nin müalicəsi hələ də davam edir. Hadisədən sonra bölgədə  45-i 4 baldan  yuxarı olmaqla cəmi 1713 yeraltı təkan qeydə alınıb.

Bildirək ki, İzmirdəki 17 binadan 15-də axtarış-xilasetmə işləri başa çatıb, 2 binada isə işlər davam edir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!