Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov Türkiyə çempionatında növbəti oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, o, “Bursaspor”un heyətində 1-ci liqanın 12-ci turunun “İstanbulspor”la ev matçına start heyətində meydana çıxıb. Görüş qonaqlar 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Namiq 28-ci dəqiqədə Batuhan Korun qolunun ötürməsini verib. 10 dəqiqə sonra Ələsgərov sarı vərəqə ilə cəzalanıb. O, 90 dəqiqə meydanda olub. Toyuqlu pizza
Qeyd edək ki, 12 oyunda 14 xal toplayan Bursa təmsilçisi 19 komanda arasında 11-cidir.
Telegram kanalımız