Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi

Siyasət

22 Yanvar 2025 19:48 173


Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov X hesabında yazıb.

"Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!