Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, bu gecə Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində yaralananların sayı 50-yə çatıb.
Telegram kanalımız