Türkiyədən beş çamadanla ayrılan Joze Mourinyo jurnalistləri həyəcanlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən beş çamadanla ayrılan Joze Mourinyo jurnalistləri həyəcanlandırdı

İdman

21 Dekabr 2024 21:54 1468


Ötən gecə "Eyüpspor"la görüşdə 1:1 hesablı heç-heçə edən "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo Türkiyəni tərk edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı səhhəti ilə bağlı ölkəni tərk edib.

Onun özü ilə beş çamadan götürməsi media təmsilçilərində klubdan ayrıldığı ehtimalını yaratsa da, Mourinyonun bir həftə sonra yenidən Türkiyəyə qayıdacağı bildirilib. Pepperoni pizza

Qeyd edək ki, Türkiyə Superliqasında yeni ilə keçid dövrü olduğu üçün iki həftəlik tətil elan olunub. Klublar istirahətə XVII tur görüşləri başa çatdıqdan sonra yollanacaqlar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!