Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi

Sosial

18 Mart 2020 19:34 564


Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) "Yeni Sabah"a məlumat verilib.

Məlumata görə 107 nəfər sərnişin Bakıya gətirilib: "AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər". pizza hut

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!