“Türkiyədən Ermənistana idxal artıb“ - Haykaz Fanyan

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyədən Ermənistana idxal artıb“ - Haykaz Fanyan

Rəsmi

07 İyul 2022 16:11 972


"2022-ci ilin yanvarında Türkiyə mallarının idxalına qoyulan embarqo aradan qaldırıldıqdan sonra Türkiyədən Ermənistana mal idxalı ilk 5 ayda əhəmiyyətli dərəcədə artaraq, demək olar ki, 2020-ci ilin eyni dövrünün səviyyəsinə çatıb".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu iqtisadçı Haykaz Fanyan deyib.

O qeyd edib ki, 2019-cu ildə Ermənistandan Türkiyəyə ixrac 2,6 milyon dollar təşkil edib. Bu, Ermənistanda bir çox tekstil firmalarının xarici brendlər altında fəaliyyət göstərməsi və bu markalar altında istehsal olunan geyimlərin Türkiyəyə də ixrac edilməsi ilə bağlıdır. Dördpendirli pizza

“Birbaşa yükdaşımaların başlanması ilə bağlı gələcək proseslərə və iqtisadi effektə gəlincə, onlar daha çox simvolik xarakter daşıyacaq”, - deyə ekspert əlavə edib.

H. Fanyanın fikrincə, əgər hava nəqliyyatı işə salınarsa, Türkiyəyə ixrac az olacaq, çünki Ermənistanda ixrac edə biləcək istehsal yoxdur, çünki bu məhsullara tələbat olmayacaq.

“Digər tərəfdən, Türkiyədən idxal, məsələn, dəniz məhsulları arta bilər. Quru nəqliyyatına gəlincə, burada yalnız turizmdən danışmaq olar”, - deyə iqtisadçı vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!