Türkiyədən Gürcüstana növbəti hərbi yardım

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Gürcüstana növbəti hərbi yardım

Rəsmi

29 Yanvar 2022 21:17 879


Türkiyənin Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi hərbi-texniki yardımı davam edir.

Yenisabah.az xəbər verir ki, Türkiyə və Gürcüstan hökumətləri arasında hərbi maliyyə əməkdaşlığına dair imzalanmış saziş çərçivəsində Gürcüstana növbəti dəfə texniki yardım gətirilib.

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hökumətinin göndərdiyi 11 təchizat texnikası, 2 mikroavtobus, 2 traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə ediləcək. Pepperoni pizza

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib və onların imkanları ilə tanış olub.

Nazir logistik avadanlığa görə Türkiyə dövlətinə və səfir Fatma Ceren Yazqana təşəkkür edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!