Türkiyədən havaya qalxan təyyarə Bakıya təcili eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən havaya qalxan təyyarə Bakıya təcili eniş etdi

Sosial

17 Oktyabr 2025 20:24 203


Oktyabrın 17-də "Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə aeroportdan məlumat verilib.

Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib. pizza

Dərhal sonra tibbi xidmət heyəti hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

Məlumatda qeyd olunub ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib:

"Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurlar həyata keçirir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!