Türkiyədən terrorçulara növbəti zərbə   - 3-ü məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən terrorçulara növbəti zərbə - 3-ü məhv edildi

Rəsmi

03 Dekabr 2022 12:19 795


Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədi boyunca antiterror əməliyyatlarını davam etdirir.

Yenisabah.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Şırnak bölgəsində həyata keçirilən “Eren Abluka Sonbahar-Kış-15” antiterror əməliyyatı çərçivəsində terrorçulara növbəti dəfə ağır zərbə vurulub.

Pilotsuz uçuş aparatları da daxil olmaqla aviasiyanın dəstəyi ilə davam etdirilən əməliyyatda Qabar dağı ətrafında üç terrorçu zərərsizləşdirilib. pizza mizza

Bundan başqa, terror təşkilatlarının qanunsuz maliyyə qaynaqlarının kəsilməsi istiqamətində də mühüm tədbirlər görülür.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Hatay bölgəsində həyata keçirilən xüsusi əməliyyat nəticəsində 117 şübhəli şəxsdən 97-si həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!