"Yaprak dökümü" serialında Ferhunde obrazı ilə məşhurlaşan Deniz Çakır Kim Kardaşyanı müdafiə edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Kardaşyanı tənqid edən türk aparıcını qınayıb.
Aparıcı Ece Ünerin Kardaşyan barəsində efirdə "Kardaşyanın kameraya göstərməyə öyrəşdiyi böyük bir mənbəsi var. Görəsən, bunu uyduranda da həmin mənbədən yararlanıb?" sözlərini deməsindən sonra aktrisa onu qınayıb. pizza hut
Deniz Çakır sosial şəbəkə hesabında "Bu necə ədəbsiz üslubdur. Ana Xəbər Bülletenini bu danışıq tərzi ilə təqdim edir, inanılmazdır"- deyə yazıb.
Türkiyəli məşhurların Azərbaycanı dəstəklədiyi vaxtda sənətçinin bu sözləri yazması birmənalı qarşılanmayıb. Sosial şəbəkə iştirakçıları onu qınayıblar.
Telegram kanalımız