Türkiyəli bloger Bakıdakı skandalla bağlı açıqlama yaydı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli bloger Bakıdakı skandalla bağlı açıqlama yaydı - Foto

Şou

08 Avqust 2024 00:34 1295


Xəbər verdiyimiz kimi, türkiyəli bloger Danla Biliçin Bakda tədbirlərin birində onunla şəkil çəkdirmək istəyənləri "zooparkdakılar" deyə adlandırdığı iddia olunub.

Yenisabah.az xəbər verir ki, bloger bununla bağlı "İnstagram" hesabında paylaşım edib:

"Azərbaycanı da, insanlarını da həmişə çox sevdim. Buna görə də tədbirlərin birində model kimi iştirak etmək üçün qaçaraq oraya getdim. Səhnədə şəxsiyyətimə edilən yersiz aşağılamaları və zarafatları sizi çox sevdiyim, tədbirin problemsiz keçməsi üçün görməməzlikdən gəldim. Orada olanlar məni başa düşəcəklər.  Toyuqlu pizza

Sonra mənim adıma həyatımda görmədiyim və tanımadığım insanlara, markalara, sponsorlara paylaşım sözü verildiyini öyrəndim. O da az deyilmiş kimi, azərbaycanlılar üçün "zooparkdakılar" dediyimi iddia etdilər. Ümid edirəm, bir gün bunu sizin üçün həqiqətən kimin dediyini açıqlaya biləcəklər. Digər eşitdiklərim mənə qalsın və təcrübə olsun. Hələlik susuram. Sizi sevirəm". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!