Türkiyəli futbolçu Avropanı heyrətə saldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli futbolçu Avropanı heyrətə saldı

İdman

20 Sentyabr 2024 12:18 619


Portuqaliya təmsilçisi "Benfika"nın "Qalatasaray"dan transfer etdiyi Kərəm Aktürkoğlu möhtəşəm çıxışı ilə diqqət çəkir. Çempionlar Liqası çərçivəsində "Srvena Zvezda" ilə qarşılaşan Lissabon klubu oyundan 2-1 hesablı qələbə ilə ayrılıb. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, "Benfika"nın hər iki qolu türk futbolçulardan gəlib. Oyunda hesabı Kərəm Aktürkoğlu açıb, qələbə topunu isə Orkun Körkçü vurub. 

Xatırladaq ki, Kərəm Aktürkoğlu yeni komandası ilə çıxdığı hər 2 oyunda da qol vurmağı bacarıb. Portuqaliya mətbuatı 25 yaşlı yarımmüdafiəçini "Benfika"nın son illər etdiyi ən yaxşı transfer kimi qiymətləndirilir.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!