Türkiyəli futbolçu Azərbaycan millisində çıxış edəcək   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli futbolçu Azərbaycan millisində çıxış edəcək - Foto

İdman

27 Avqust 2020 13:44 823


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə iki yeni legioner dəvət edilib.

Yenisabah.az xəbər verir ki, bunlar "Başakşehir"də çıxış edən Mert Çelik və "Alanyaspor"un oyunçusu Mustafa Yıldırımdır.

Mert Çelik ilk dəfə U-21-ə gələcək, Yıldırım isə daha əvvəl U-19-da oynayıb. pizza mizza

Milliyə dəvət olunmuş daha bir legioner Emre Kaplandır. Əvvəllər də U-21-ə çağırılmış Kaplan Çelikin "Başakşehir"də komanda yoldaşıdır. Bu klub 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.

U-21 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!