Türkiyəli futbolçu dağıntılar altından sağ çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli futbolçu dağıntılar altından sağ çıxdı

İdman

08 Fevral 2023 21:40 972


Qardaş ölkə Türkiyədə bir futbolçu öz imkanları ilə zəlzələnin dağıntıları altından çıxmağı bacarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Türkiyənin 2-ci həvəskar liqasında mübarizə aparan "İstiklalspor"un futbolçusu Barış Çivelek güclü zəlzələnin olduğu şəhərlərdən biri Kahramanmaraşda öz imkanları ilə dağıntıların altından çıxıb. 

O, başından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. 28 yaşlı müdafiəçi quru yolu ilə məmləkəti İzmitə aparılıb.  Toyuqlu pizza

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində çox sayda ölənlər və yaralananlar var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!