"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan millisini çalışdıra bilər.
Yenisabah.az xəbər verir ki, türkiyəli mütəxəssis "Sabah” qəzetinə açıqlamasında Azərbaycandan zəng gözlədiyini deyib:
“Azərbaycan millisindən rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşidirəm. Bir-iki gün içində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”. Dominos pizza
Qeyd edək ki, Rza Çalımbay ötən ilin dekabr ayında “Beşiktaş”dan ayrılıb. Hazırda işsiz olan mütəxəssis "Rizespor", "Sivasspor", "Trabzonspor", "Antalyaspor" və "Konyaspor"u da çalışdırıb.
Rza Çalımbay məşqçilik karyerasından əvvəl futbolçu kimi fəaliyyət göztərib. O, uzun illər Türkiyə milli komadasının və "Beşiktaş"ın formasını geyib. "Beşiktaş"ın əfsanəvi kapitanlarından biri olub.
Nazim HACIYEV
Telegram kanalımız