Türkiyəli məşhurlardan Azərbaycana dəstək - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli məşhurlardan Azərbaycana dəstək - Fotolar

Şou

29 Sentyabr 2020 19:40 4586


Azərbaycan-Ermənistan təmas xəttində bir neçə gündür gedən döyüşlərlə bağlı türk məşhurlar da paylaşım ediblər.

Yenisabah.az xəbər verir ki, onlar şəhidlərimizə rəhmət diləyib, Azərbaycana dəstək olduqlarını vurğulayıblar.

Aktyor Oktay Kaynarca paylaşımında "Türkiyə daim Azərbaycanın yanındadır" sözlərini yazıb. Marqarita pizza

Aktrisa Tuvana Türkay isə paylaşımını "Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" sözləri ilə tamamlayın.

Müğənni Ebru Yaşar "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq" sözlərini qeyd edib.

Müğənni Mustafa Ceceli isə "Vaxtı gəldi, Allah zəfər nəsib etsin" sözləri ilə dəstək olub.

Aparıcı Seren Serengil "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin" deyə, yazıb.

Müğənni Alişan "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün" deyə, vurğulayıbn.

 

 

 

 

 

 

 

 

 

 

/Axsam.az

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!